Qara dənizdə qırıcı təyyarə qəzaya uğrayıb

"MiQ-29" tipli qırıcı "Şabla 21" təlimləri çərçivəsində təlim uçuşu həyata keçirib və axşam saatlarından etibarən əlaqəyə çıxmayıb.
Sputnik

BAKI, 9 iyun — Sputnik. Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi “Şabla-2021” hərbi təlimləri zamanı Qara dənizdə qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Radio Bulgaria"ya istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) kontr-admiralı Kiril Mixailov məlumat verib.

O, pilotun katapult etdiyinə ümid etdiyini bildirib.

Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, MiQ-29 qırıcı təyyarəsi ölkənin sahil suları üzərində təlim tapşırığını yerinə yetirərkən HHQ ilə rabitəsi kəsilib və saat 00:45-də radardan itib. Bildirilib ki, hadisədən dərhal sonra başladılan axtarış və xilasetmə işləri hələ də davam etdirilir.

***

Bolqarıstan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı Qara dənizə düşüb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, "MiQ-29" tipli qırıcı "Şabla 21" təlimləri çərçivəsində təlim uçuşu həyata keçirib və axşam saatlarından etibarən əlaqəyə çıxmayıb. Hazırda pilotun axtarış əməliyyatları davam etdirilir.