Makrona silləni belə vurdular – VİDEO

Fransa dövlət başçısı sillə aldıqdan sonra dərhal insident yerindən uzaqlaşdırılıb. Makrona sillə vuran şəxs isə saxlanılıb.
Sputnik

BAKI, 8 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Drom departamentinə səfəri zamanı gözlənilməz hadisə ilə qarşılaşıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, departamentə səfər zamanı kişi Makrona sillə vurub.

Sosial şəbəkədə yayılan videodan görünür ki, Fransa prezidenti onu gözləyən insanlara yaxınlaşır. Makron insanlardan birinə yaxınlaşır və onun bir əlini havaya qaldırır. Bu zaman həmin şəxs digər əli ilə Makrona sillə vurub. Bundan sonra hadisəyə Fransa polisi müdaxilə edib. Makron dərhal hadisə yerindən uzaqlaşdırılıb. Makrona sillə vuran şəxs isə saxlanılıb.