FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlar - FOTO

Sputnik

İyunun 11-də start götürəcək futbol üzrə Avropa çempionatı unikal bir yarışdır: ilk dəfə olaraq Avropa birinciliyi fövqəladə şərtlərə görə təxirə salınıb. Çempionatın 2020-ci ildə keçirilməsinə koronavirus pandemiyası mane oldu.

Turnir 2021-ci ildə baş tutsa da, çempionatın rəsmi adındakı "2020" rəqəmi dəyişdirilmədi.

Çempionatın oyunları 11 şəhərdə - London, Münhen, Bakı, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Budapeşt, Qlazqo, Sevilya və Sankt-Peterburqda olacaq. Daha əvvəl 12 şəhər nəzərdə tutulurdu, lakin İrlandiya bundan imtina etdi.

Gördüyünüz kimi, həmin şəhərlər sırasında Azərbaycanın paytaxtı Bakı da var.

Turnirin oyunlarının keçiriləcəyi stadionların fotolarını təqdim edirik.

1 / 11
Romadakı Olimpiya Stadionunun mənzərəsi
2 / 11
Bakıda keçirilən 1-ci Avropa Oyunlarının açılış mərasimində stadionun üzərində atəşfəşanlıq
3 / 11
Danimarka, Kopenhagendəki "Parken" stadionunun mənzərəsi
4 / 11
Sankt-Peterburqdakı "Gazprom-Arena" stadionunun mənzərəsi
5 / 11
Londondakı "Uembley" stadionu
6 / 11
Rumıniya, Buxarestdəki Milli Stadion
7 / 11
Amsterdamdakı "Yohan Kroyff Arena" stadionu
8 / 11
Münhendəki "Allianz Arena" stadionu
9 / 11
Budapeştdəki Puskas Ferenc Arena futbol stadionu
10 / 11
Şotlandiyanın Qlazqo şəhərində yerləşən "Hampden Park" futbol stadionu
11 / 11
İspaniyanın Sevilya şəhərindəki Olimpiya Stadionu