BAKI, 3 iyun — Sputnik. Rusiya NATO ilə dialoqdan geri çəkilmir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova ölkəsinin alyans ilə dialoqa hazır olduğunu deyib:
“Rusiya NATO ilə deskalasiya və insidentlərin qarşısının alınması məsələlərini müzakirə etməyə hazırdır. Lakin hərbi ekspertləri cəlb etmədən bu dialoqun mənası olmayacaq. Bu, NATO baş katibi cənab Stoltonberqə də yaxşı məlumdur”.
Bununla Rusiya XİN rəsmisi NATO baş katibi Yens Stoltenberqin “Rusiya görüşmək təklifimizə cavab verməyib” bəyanatına münasibət bildirib.