VİDEO

“Pitiminutka” partladı, ev yandı - video

Qaxda ev yanaraq külə dönüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.
Sputnik

Kənd sakini Haqverdiyev Ələkbər Hidayət oğluna məxsus evin hamamında olan su qızdırıcısı (“pitiminutka”) qəfildən partlayıb və alışmağa başlayıb. Alov sürətlə yayılıb və bütün evi bürüyüb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Lakin Ələkbər Haqverdiyevə məxsus ev içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.