CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fidan Hacıyeva yeni layihəsi üçün Qarabağ qazilərini seçdi – VİDEO

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib.
Sputnik

BAKI, 7 iyun — Sputnik. Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan "Şuşam mənim" adlı layihənin klipi "YouTube" platformasına yüklənib. "Şuşam mənim" mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir. Layihənin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dossenti, fəlsəfə doktoru Könül Hüseynovadır. Sözügedən klipin rejissoru Nail Naiboğludur.

Fidan Hacıyeva yeni layihəsi üçün Qarabağ qazilərini seçdi – VİDEO

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. Əsər prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə həsr edilib.

Fidan Hacıyeva yeni layihəsi üçün Qarabağ qazilərini seçdi – VİDEO

Məlumat üçün bildirək ki, Xalq artisti Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibi olub. 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada keçirilən Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibi olub. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə, "Sülhməramlı səfir" diplomu ilə təltif olunub. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb. Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırlır.

Eləcə də oxuyun:

  • "Sarı gəlin"ə yeni nəfəs - Video

  • Amerikada yaşayan repçimizdən uzun müddət sonra yeni klip - VİDEO

  • Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO