HADİSƏ

Keçmiş arvadının ərini bıçaqladı

Şəmkirdə şəxsi münasibətlər zəminində mübahisə qanla bitib. Hadisə iştirakçılarından biri həkim, digəri polis nəzarətinə düşüb.
Sputnik

BAKI, 6 iyun - Sputnik. Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və onun həmyerlisi, 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Bu zaman V.Hüseynov bıçağa əl ataraq V.Həsənova üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Hadisəni törədən şəxs isə saxlanılıb.

Vasif Həsənovun Vüsal Hüseynovun keçmiş həyat yoldaşının əri olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Eləcə də oxuyun: