HADİSƏ

Yevlaxda minik maşını mikroavtobusla toqquşdu, qadın öldü - FOTOLAR

Goranboy rayon sakinləri 1993-cü il təvəllüdlü Günel Orucova, 1991-ci il təvəllüdlü Ramilə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Sputnik

BAKI, 5 iyun - Sputnik. Yevlaxda ölümlə nəticələnn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsindəki dairədə baş verib. “VAZ 21015 “ maraklı minik maşını “Mercedes Vito “ ilə toqquşub.

Sputnik Azərbaycan-ın müxbiri Rahim Məmmədovun məlumatına əsasən, zərbənin gücündən sərnişin daşıyan mikroavtobus aşıb. Qəza zamanı Goranboy rayon sakinləri 1993-cü il təvəllüdlü Günel Orucova, 1991-ci il təvəllüdlü Ramilə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Hələ ki, şəxsiyyəti müəyyənləşməyən bir qadın isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.