Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlim sona çatıb

Konyada yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi mayın 24-də başlamışdı.
Sputnik

 

BAKI, 5 iyun — Sputnik. Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi sona çatıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlim sona çatıb

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunurdu.