Xaricdə oxuyanların diplomları tanınmadı

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Sputnik

BAKI, 4 iyun — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınma üzrə müraciətlərinin statistikasını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ötən ay icrası 21 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiyadan 70, Türkiyədən 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə olunub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, aprel ayında tanınma üzrə 205 müraciətçinin 150-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Aprel ayında ölkələr üzrə Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çin Xalq Respublikasından 6, digər ölkələrdən isə 20 müraciət daxil olub.