BAKI, 4 iyun — Sputnik. Özbəkistanın "Dunyo boylab" televiziya kanalı Özbəkistandakı ziyarətgahların çəkilişi ilə bağlı layihəyə start verib.
Sputnik Azərbaycan xəbər verir ki, çəkilişinə başlanan "Müqəddəs ziyarətgah" adlanan birinci sənədli film Daşkənd vilayətinin Kumuşqan kəndindəki "Həzrət Əli Buvə" ziyarətgahıdır.
Abidə Böyük İpək Yolu üzərində, bu ərazinin ən yüksək nöqtəsində ucaldılıb. Ziyarətgah orta əsr memarlığının nadir abidələrindən biridir. Abidənin içərisində və çöl divarlarında Quran ayələri həkk edilib.
Yerli əhali və xarici səyyahların ziyarət etdiyi abidənin həyətində olan qədim çinar ağacının yanındakı bulağın suyu bir çox xəstəliyin dərmanıdır. Filmin ssenari müəllifi Qafur Baratov, rejissoru və operatoru soydaşımız Eldar Məmmədov, bədii rəhbər Nadir Tölaqanovdur.
Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov "Humay", "Tərəqqi" medalı ilə təltif olunub. 50-dən çox film və teletamaşaların operatorudur.
Eləcə də oxuyun:
Arzu Əliyevanın baş prodüseri olduğu film İtaliyada nümayiş etdirilib
Film tarixinin ən məşhur dəhşət filmlərindən birinin gəliri milyardı keçib - VİDEO
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda "Şərəf adı" medalına layiq görülüb