QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

Əgər Suqovuşandan yaxın vaxtlarda sol və sağ sahil kanalları istismara verilərsə, 211 artezanın ümumiyyətlə istismarının dayandırılması gözlənilir.
Sputnik

BAKI, 3 iyun — Sputnik. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC işğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmələr aparıb. Bunu Tərtər rayonundakı Suqovuşan su anbarına media-tur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun sədr müavini Rafiq Aslanov bildirib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Emin Əlisahib xəbər verir ki, Suqovuşan su anbarı Tərtər rayonu ərazisində Tərtərçay çayı üzərində yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır.

30 illik işğal dövründə Ermənistan tərəfi su anbarı kompleksindən baxımsız vəziyyətdə istifadə etdiyi üçün su anbarının bəndində ciddi nasazlıqlar yaranıb. Bu gün media nümayəndələri Suqovuşan su anbarı komleksinin bəndində aparılan təmir işləri ilə tanış olublar. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, Suqovuşan bəndində təmir işlərinə başlanılıb:

Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

"Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, senqment qapıları, eləcə də 5,2 kilometr uzunluğunda magistral kanal təmiri həyata keçiriləcək. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil kanalı, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalını təmir-bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsinin bu ilin sonunadək başa çatdırlacaq. İkinci mərhələnin bu il başlanması və gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üçün də işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq".

Rafiq Aslanov qeyd edib ki, ilk növbədə su anbarının ərazisi minalardan təmizlənməli idi və təmizlənib. Bu işlər nəticəsində 700-dən çox piyada əleyhinə mina və partlamamış sursat məhv edilib. Daha sonra qiymətləndirmələr aparılıb. Vaxtilə Suqovuşan su anbarı vasitəsilə Ağdam və Füzuli rayonlarındakı əkin sahələri suvarılıb.

Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

Hazırda respublikada meleorasiya və su təsərrüfatı üzrə suvarmanın təqribən subartezan quyuları altında 170 min hektardan artıq sahə mövcuddur. Onun üçün də 8250 subartezan quyusundan istifadə olunur.

"Respublikamızda istismarda olan 8250 subartezian quyusundan 517-si SCADA sistemi quraşdırılıb. Əlavə olaraq bu il 400 ədəd subartezian quyusunda SCADA sistemi quraşdırılacaq. Bu sistem vasitəsi ilə su quyuları uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA sistemi həm enerji həm də su itkisinin qarşısının alması üçün vacib bir sistemdir. Çalışacağıq ki, bir neçə il ərzində bütün subartezian quyularında bu sistem quraşdırılsın", - deyə R.Aslanov bildirib.

Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev isə deyib ki, 30 ilə yaxın dövr ərzində Tərtərçay Sol Sahil kanalına su verilmədiyi üçün Tərtər rayonu ərazisində təkcə 2003-cü ildən indiyə kimi 262 subartezian quyusu qazılıb:

"Rayon ərazisindəki 29 min 133 hektar sahənin 18 min 412 hektarı son 30 ildə yalnız subartezian quyuları vasitəsilə suvarılıb. Hazırda rayonda 552 artezan quyusu istismardadır ki, onun 343-ü işlək və saz vəziyyətdədir. 47-si SCADA rejiminə qoşulub. Bu il vurulacaq 10 artezan isə skada sisteminə qoşulacaq. Bu sistemin çox böyük əhəmiyyəti var".
Suqovuşan Azərbaycanı suya qovuşdurur: Artıq artezianlara ehtiyac qalmayacaq

Əli Əliyev qeyd edib ki, əgər Suqovuşandan yaxın vaxtlarda sol və sağ sahil kanalları istismara verilərsə, 211 artezanın ümumiyyətlə istismarının dayandırılması gözlənilir.

"Hər bir artezan limitlə işləsə enerji pulu 2 min manat edir. İstismar müddətini götürəndə hər birinə 15 min-20 min xərc çəkilir. Əgər gördüyünüz kanallar işə düşərsə, görün biz dövlət vəsaitinə nə qədər qənaət etmiş olarıq", - o, bildirib.

Hazırda su anbarından saniyədə 22 kub su buxarılır. İnfrastruktur işləri başa çatdıqdan sonra su magistral kanala yönəldiləcək. Suqovuşan su anbarında gedən təmir mərhələləri bitəndən sonra su anbarının tam potensialından istifadə etmək mümkün olacaq.