HADİSƏ

Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili qadını vurub

Paytaxtda xəstəni sağaltmağa gedən təcili yardım həkimləri yolda başqa bir insanı xəstəxanalıq ediblər.
Sputnik

BAKI, 3 iyun — Sputnik. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına əsasən, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.