İranın gəmisi belə yandı və batdı - VİDEO

Gəminin sistemlərindən birində yanğın baş verib. Gəmi heyəti dərhal onun göyərtəsindən təxliyə olunub.
Sputnik

BAKI, 2 iyun — Sputnik. İranın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Oman körfəzində, Çask limanı yaxınlığında baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Mehr" agentliyi hərbçilərə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, "Xark" gəmisi bir neçə gün əvvəl beynəlxalq sulara çıxıb. Ötən gün gəminin sistemlərindən birində yanğın baş verib. Gəmi heyəti dərhal onun göyərtəsindən təxliyə olunub. Yanğınsöndürənlər gəmidə yanğını söndürməyə cəhd etsələr də, buna müvəffəq olmayıblar və gəmi batıb.