Daha bir marşrut xəttində nağd ödəniş sistemi ləğv olundu

Bakıdakı 144 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart"la ödənilməsinə başlanılıb.
Sputnik

BAKI, 2 iyun — Sputnik. Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, 3 iyun tarixindən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb:  Səfəvilər küçəsi 70; Gülüstan küçəsi 47A; Sabunçu qəs-Şəhər şosesi.

Xatırladaq ki, dünən Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart"la ödənilməsinə başlanılıb.  Bununla son bir ayda "BakıKart"a inteqrasiya edilən marşrut xətlərinin sayı 13-ə çatıb.