PAYTAXT XƏBƏRLƏRİ

Bakı metrosunda təhlükəli anlar yaşanıb

Eskalatorun təhlükəsizlik düyməsi sərnişinlər tərəfindən ehtiyatsızlıq səbəbindən basılıb. Bu an eskalator hərəkətini dayandırıb.
Sputnik

BAKI, 2 iyun — Sputnik, Zülfiyyə Quluyeva. Bu gün səhər saatlarında metronun "Şah İsmayıl Xətai" stansiyasında təhlükəli anlar yaşanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə sərnişinlər sosial platformada məlumat verib. Belə ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərə təhlükəli anlar yaşadıb. Eskalatorlardan birinin fəaliyyəti qəfildən dayanıb. Az keçməmiş eskalator yenidən hərəkətə gəlib. Yaranan problem sərnişinləri stansiyadan çıxmağa sövq edib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, eskalatorda hər hansı texniki nasazlıq baş verməyib. Eskalatorun qəfil dayanmasına sərnişinlərdən birinin bilmədən təhlükəsizlik düyməsini basması səbəb olub: "Eskalatorun təhlükəsizlik düyməsi sərnişinlər tərəfindən ehtiyatsızlıq səbəbindən basılıb. Bu an eskalator hərəkətini dayandırır. Bu hal iki dəfə yaşandığından, eskalatora texniki baxış keçirilib. Qeyd edib ki, eskalatorlar müasir olduğundan, onun hər hansı problemi həmin an monitorda görünür", - deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı bütün eskalatorlar ciddi nəzarətdə saxlanılır