MƏDƏNİYYƏT

"Tarzan" rolunun ifaçısı təyyarə qəzasında həlak olub

Aktyor və həyat yoldaşı, məşhur diyetoloq kimi tanınan Qven Şamblin kiçikmühərrikli "Cessna C501" markalı təyyarədə qəzaya düşüblər.
Sputnik

BAKI, 31 may — Sputnik. "Tarzan: Epic Adventures" (1996-2000) televiziya serialında baş rol ifaçısı, amerikalı aktyor Josef Lara ABŞ-ın Tennessi ştatında təyyarə qəzasında ölüb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor və həyat yoldaşı, məşhur diyetoloq kimi tanınan Qven Şamblin kiçikmühərrikli "Cessna C501" markalı təyyarədə qəzaya düşüblər.

Florida istiqamətində havaya qalxan təyyarə bir qədər sonra gölə düşüb. Bundan başqa, hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, J.Lara "Malibu Rescuers" (Baywatch, 1989-2001) və "Conan" (Conan, 1997-1998) seriallarında da rol alıb.

Eləcə də oxuyun:

  • Kinosevərlərin çoxdan gözlədiyi filmin ilk tizer-treyleri təqdim olunub - VİDEO

  • Sovet uşaqlarının əfsanəvi qəhrəmanı Malvina öldü

  • Robert De Niro çəkiliş meydançasında yaralanıb