RUSİYA

Səfirlik Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı barədə məlumat yayıb

Faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət edilib.
Sputnik

BAKI, 31 may - Sputnik.  Azərbaycanın Rusiyadakı Səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi 19 yaşlı azərbaycanlı barədə məlumat yayıb.

Sputnik Azərbaycan Səfirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət edilib.

"Bu ilin 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, mayın 28-də Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən azərbaycanlı Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib.