RUSİYA

Rusiya qərb sərhədlərində 20-yə yaxın hərbi hissə yaradacaq

Şoyqu: "Bizim qərbli həmkarlarımızın addımları dünyada təhlükəsizlik sistemini dağıdır və bizi adekvat cavab tədbirləri qəbul etməyə məcbur edir".
Sputnik

BAKI, 31 may — Sputnik. Rusiya ilin sonuna qədər Qərb hərb dairəsində təxminən 20-yə yaxın birlik və hərbi hissə yaradacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

O, bildirib ki, bu başda ABŞ olmaqla, NATO-nun Rusiya sərhədlərində fəallaşmasına cavab olacaq.

"Bizim qərbli həmkarlarımızın addımları dünyada təhlükəsizlik sistemini dağıdır və bizi adekvat cavab tədbirləri qəbul etməyə məcbur edir. Biz daimi olaraq qoşunların hərbi hazırlığını təkmilləşdiririk", - deyə nazir əlavə edib.