Ermənistan XİN-in sözçüsü istefa verdi

O, həmçinin KİV nümayəndələrinə öz təşəkkürünü bildirib. O, həmçinin KİV nümayəndələrinə öz təşəkkürünü bildirib. O, həmçinin KİV nümayəndələrinə öz təşəkkürünü bildirib.
Sputnik

BAKI, 31 may — Sputnik. Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bu gün istefa verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Naqdalyan öz "Facebook" səhifəsində yazıb.

"Bildirirəm ki, artıq Ermənistan XİN-in mətbuat katibi funksiyasını yerinə yetirmirəm", - deyə Naqdalyan yazıb.

O, həmçinin KİV nümayəndələrinə öz təşəkkürünü bildirib.

***

Mayın 27-də isə Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.

Ermənistanın xarici işlər nazirinin müavinləri qurumun rəhbəri vəzifəsini icra edən Ara Ayvazyanın istefasından sonra işdən getmək barədə ərizə yazıblar.

Həmçinin oxuyun: 

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib

Ermənistan hökumətində yarpaq tökümü: bir-birinin ardınca ərizə yazdılar