Artıq bir ildən çoxdur ki, dünyada koronavirus pandemiyası davam edir. Pandemiya Azərbaycanı da yan keçməyib. Karantin qaydaları çərçivəsində Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi oldu.
Nəhayər, karantin qaydaları öz bəhrəsini verdi, və 2021-ci ilin may ayının əvvəlində Azərbaycanda koronavirusa yoluxma sayı aşağı düşdü. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi. Bununla belə qapalı məkanlarda maska rejimi qüvvədə qalıb.
Bakı sakinləri bu qərarı sevinclə qarşılayıblar. Maska rejiminin son günündə bəziləri artıq açıq havada maskadan imtina ediblər.
Sputnik Azərbaycanın fotomüxbiri paytaxtın mərkəzi küçələrini gəzib və açıq havada maska rejiminin son saatlarını lentə alıb.