Gürcüstanın aparıcı müxalifət partiyası mandatlarını geri istədi

Gürcüstanın aparıcı müxalifət partiyası olan "Vahid Milli Hərəkat" parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib.
Sputnik

BAKI, 30 may - Sputnik. Gürcüstanın aparıcı müxalifət partiyası olan "Vahid Milli Hərəkat" (VMH) parlamentə daxil olur.

Sputnik Gürcüstan xəbər verir ki, müvafiq qərar VMH Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

Partiya sədri Nika Melia bildirib ki, partiya parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib və bu, ən doğru qərardır.

Melianın sözlərinə görə, VMH parlamentə daxil olsa da, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təqdim etdiyi sənədi imzalamaqdan imtina edəcək. 

Qeyd edək ki, müxalif partiya ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı 30-dan çox deputat mandatından imtina etmişdi.