HADİSƏ

Şabranda ağıq qəza, yaralananlar var - FOTO

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Sərnişinlərdən Osman Nağdəliyev avtomobildə sıxılıb qaldığından xilasedicilər onu çıxarmağa çalışırlar.
Sputnik

BAKI, 29 may — Sputnik, Leyla Abdullayeva. Şabranda qəza. İki maşın toqquşub, 3 nəfər yaralanıb. Hadisə bu gün 20:15 də baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, hadisə Şabran-Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində baş verib.  Rayonun Dağbilici kənd sakini Əlabbas Qulu oğlu Cəfərovun idarə etdiyi Vaz-2109 markalı avtomaşınla Zöhrəmli kənd sakini Şaiq Əlibala oğlu Nağdəliyevin idarə etdiyi Vaz-2106 markalı avtomobil toqquşub.

Şabranda ağıq qəza, yaralananlar var - FOTO

Nəticədə VAZ-2106-da olan sürücü və  sərnişinlər-sürücünün oğlu, 22 yaşlı Osman Nağdəliyev və həyat yoldaşı xəsarət alıblar.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Sərnişinlərdən Osman Nağdəliyev avtomobildə sıxılıb qaldığından xilasedicilər onu çıxarmağa çalışırlar. Qəzanın başvermə səbəbləri araşdırılır.