Sülhməramlı hərbçimiz Əfqanıstandakı xidmətindən danışır

Sülhməramlı missiyanın tərkibində iki dəfə Əfqanıstanda olmuş Vasif Paşayev deyir ki, bu xidmət hərbi baxımdan hərbçinin daha da peşəkar şəkildə formalaşması, püxtələşməsinə kömək edir
Sputnik

29 may dünyada BMT sülhməramlılarının beynəxlaq günüdür. Bu bayram 2003-cü ildən bəri hər il mayın 29-da qeyd olunur. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən, sülhməramlı əməliyyatlarda iştirak etməkdədir.

Zəngilan rayonunda anadan olan, iki dəfə sülhməramlı missiyanın tərkibində iki dəfə Əfqanıstanda olmuş Vasif Paşayev Sputnik Azərbaycan-a danışıb.

O bildirib ki, sülhməramlı xidməti adi hərbi xidmətdən fərqləndirən cəhətlər var: “ Sülhməramlı kimi qulluq edirsənsə, doğulduğun, yaşadığın ərazini, ölkəni tərk edirsən. Bu xidmət hərbi baxımdan hərbçinin daha da peşəkar şəkildə formalaşması, püxtələşməsinə kömək edir. Orada olduğum müddətdə yerli əhali ilə heç vaxt münaqişəli vəziyyət yaranmayıb. Çünki biz ciddi şəkildə təlimatlara uyğun şəkildə davranır, həmçinin yerli xalqın adət-ənənələrinə hörmət edirdik”.

Vasif Paşayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz