Çempionatın ikinci günündə təsnifat yarışları davam edib, həmçinin aerostep proqramında final çıxışları baş tutub.
Aerostep proqramında birinci yeri Rusiya komandası qazanıb, ikinci yerdə Ukrayna, üçdə isə İtaliya qərarlaşıb. Üçlük proqramında birinci yeri Bolqarıstan təmsilçiləri (Antonio Papzov, Darina Paşova və Tixomir Barotev), ikinci yeri Macarıstan idmançıları (Daniel Bali, Fanni Mazaç və Balaj Farkas), üçüncü yeri isə Rumıniya gimnastları (Teodora Kuku, Daniel Tavok və David Qavriloviçi) tutublar.
Qadınlar arasında fərdi proqramda qızıl medala Türkiyə təmilçisi Ayşa Onbaşi layiq görülüb, gümüş medalın sahibi Darina Paşova (Bolqarıstan) olub, bürünc medala isə Rusiya idmançısı Darya Tixonova sahib çıxıb.
Azərbaycan komandası, həmçinin fərdi yarışlarda Azərbaycan gimnastı Vladimir Dolmativ sabah keçiriləcək finala vəsiqə qazanıblar.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar.
Qeyd edək ki, yarış Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilir.