BAKI, 29 may — Sputnik. Zəfər günümüz olan 8 Noyabr tarixinin əbədiləşdirildiyi “8 Noyabr” stansiyasının istismara veriləcəyi tarix bəlli olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, mayın 31-dən sərnişinlərin istifadəsində olacaq.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Bakı Metropoliteninin “8 Noyabr” stansiyası da bu gün istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.