Suriyada prezident seçildi

Beynəlxalq müşahidəçilər, o cümlədən Rusiya və Çin nümayəndələri qeyd ediblər ki, Suriyada seçki ölkənin Konstitusiyasına uyğun, qanun pozuntuları olmadan keçirilib.
Sputnik

BAKI, 28 may – Sputnik. Suriyada keçirilən prezident seçkisində Bəəs partiyasının lideri və ölkənin fəaliyyətdə olan prezidenti Bəşər Əsəd qalib gəlib. Seçicilərin 95.1%-i ona səs verib. RİA Novosti-nin məlumatına görə, bu barədə parlamentin spikeri Hammuda Sabbaq deyib.

Əsədə 13.5 milyon ölkə vətəndaşı və 18.107 min səs hüququ olan şəxs səs verib.

Beləliklə, 2000-ci ildən Suriyanın dövlət başçısı olan Bəşər Əsəd daha 7 il prezident olacaq.

Suriyada seçkilər üzrə məhkəmə komissiyası mayın 27-də səhər seçki qutularının bağlandığını və səslərin sayılmasına başlandığını elan etdi. Komissya həmçinin qeyd etdi ki, Suriyada seçki ölkənin Konstitusiyasına uyğun, qanun pozuntuları olmadan keçirilib.

Səsvermə 12102 seçki məntəqəsində mayın 26-sı saat 7-də başlamışdı. Seçicilərin aktivliyi səbəbindən (80%) səsverməni daha 6 saat uzatmaq və məntəqələrə əlavə seçki qutuları gətirmək lazım oldu. Səsverməni beynəlxalq müşahidəçilər, o cümlədən Rusiya və Çindən nümayəndələr izləyərək bildirdilər ki, proses qanuni və heç bir pozuntu olmadan keçirilib. Xaricdə yaşayan suriyalılar isə ölkənin diplomatik nümayəndəliklərinin bağlı olması səbəbindən səs verə bilməyiblər.

Türkiyə, ABŞ, Aİ ölkələri və bəzi ərəb dövlətləri BMT TŞ-nin 2254 saylı qətnaməsinə istinadən seçkini legitim saymayıblar. Qətnaməyə görə, Əsəd hakimiyyəti təhvil verərək azad seçkilərin keçirilməsinə imkan verməlidir.

Prezidentin səsi

Ölkənin fəaliyyətdə olan prezidenti Bəşər Əsəd və birinci xanım Əsma Əsəd Duma şəhərində səs veriblər. Bura Suriyada münaqişənin davam etdiyi müddətdə etirazçıların əsas mərkəzi sayılırdı və hakimiyyətin nəzarətinə yalnız 2018-ci ildə keçmişdi. Əsəd Dumada səs verməklə rejimin əleyhdarlarına mesaj vermiş oldu.

Suriyada prezident seçildi

Suriyalılar vaxtından əvvəl bayram etdilər

Bəşər Əsədin seçkidə liderliyini eşidən siuriyalılar dünən axşamdan bayram etməyə başlayıblar. Dəməşq, Hələb, Latakiya, Homs və digər şəhərlərin mərkəzi küçələrində Əsəd hökumətini dəstək məqsədilə yürüşlər keçirilib. Nümayişçilər ölkə bayraqları ilə yanaşı, Əsədin şəkillərini də özləri ilə gəzdiriblər.

Əsədin rəqibləri

Bu il Suriyada seçkidə 51 nəfər prezidentiyə namizədliyini vermişdi, onlardan 7-si qadındır. Ancaq mayın 3-də ölkənin Ali Məhkəməsi ancaq üç nəfərin namizədliyini təsdiqlədi – sabiq nazir Abdulla Abdulla, fəaliyyətdə olan prezident Bəşər Əsəd və müxalif “Demokratik ərəb sosialist birliyi” patiyasından Mahmud Marey.

Mahmud Marey 1986-1991-ci illərdə müxalifətçi kimi həbsdə yatıb, həmçinin 2006-cı ildə bir neçə ay həbsə məhkum edilən Mareyə ölkədən çıxışa qadağa qoyulub.

Mareyin seçki proqramı “Birlikdə” adlanır və sərt milli prinsipləri ehtiva edir. Buraya eləcə də Suriya ərazisinin bütövlüyü, ABŞ sanksiyalarının ləğvi istiqamətində tədbirlər, siyasi məhbusların azad edilməsi daxildir.

Suriyada prezident seçildi

Abdulla Abdulla seçkidə iştirak üçün ərizə verən ilk namizəddir. O, Sosialist yunionist partiyasının siyasi bürosunun üzvüdür, Milli Şuranın deputatı, 2016-2020-ci illərdə Milli Şura məsələləri üzrə nazir olmuşdu.

Eləcə də oxuyun:

  • Azərbaycanın 20 vətəndaşı Suriyadan ölkəyə gətirilib - XİN

  • Suriyada keçiriləcək prezident seçkilərində üç namizəd iştirak edəcək

  • Suriyada amerikalıların bazası raket atəşinə tutulub