BAKI, 28 may - Sputnik. İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ölkəmizi 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkədə yaydığı videoda səfir Azərbaycan dilində çıxış edərək öz kreativ hədiyyəsini də təqdim edib. Niyə kaktus bağışladığının səbəbini isə belə izah edib:
"Çünki İsrail kimi Azərbaycan da xaricdən sərt görünsə də daxildən mülayim və mehribandır. Sənə arzu edirəm ki, azadlıq, müasirlik və birlik alovun daim yansın".
Qeyd edək ki, İsrail səfiri ölkəmizə ilk təyin olunan vaxt burada "minillik dostluq və inkişaf" rəmzi kimi zeytun ağacı əkmişdi. Qarabağda 44 günlük müharibə zamanı Corc Dik raket hücumlarına məruz qalmış Gəncəyə, eləcə də hospitalda müalicə alan qazilərimizə baş çəkmişdi.
"Avroviziya-2021" müsabiqəsindən sonra isə İsrail səfiri azərbaycanlı tamaşaçılara öz ölkəsinin iştirakçısına səs verdikləri üçün təşəkkür etmişdi.
Eləcə də oxuyun:
İsrail səfirindən Azərbaycana "minillik" təşəkkür - VİDEO
- Dünya liderləri Azərbaycan Prezidentini təbrik edirlər
İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi: Biz həqiqətən təsirləndik