HADİSƏ

Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb.
Sputnik

BAKI, 28 may - Sputnik. Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.