BAKI, 28 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də - Respublika Günündə Ağdama səfər edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasiminə qatılıb.
Dövlətimizin başçısı həmçinin Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının və Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.
İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. O, Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb, görüşdə çıxış edib.
Sonra dövlətimizin başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.
Azərbaycan lideri Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Prezident İlham Əliyev Ağdamda Şahbulaq qalasına baş çəkib. Ona abidənin yenidənqurma planı təqdim edilib.
Xəbər real vaxt rejimində yenilənir.
Eləcə də oxuyun:
- Prezident və ailə üzvləri Qəbələdə: Nicdəki Alban kilsəsini də ziyarət ediblər
O əməliyyatdan sonra Ermənistanda hay-küy qalxdı - İlham Əliyev
Ərdoğanın səfəri zamanı Şuşada məktəbin təməli qoyulacaq