CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva həmvətənlərinə səsləndi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə vətəndaşlarını Respublika Günü münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidlərimizi yad edib.
Sputnik

BAKI, 28 may - Sputnik. "Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günü ilə bağlı paylaşımında qeyd edib.

Paylaşımda deyilir: 

"Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!"

Azərbaycanlılar ADR-in yaranmasının 103-cü ildönümünü qeyd edirlər

28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika Günü kimi qeyd olunur.

Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.

Yaranandan sonra qısa müddət ərzində respublikada milli bayraq, himn və gerb təsdiq olundu, dövlət dili Azərbaycan dili elan edildi.

1920-ci ilin yanvarında keçirilən Paris Sülh konfransında Azırbaycanln müstəqilliyi beynəlxalq səviyyədə tanındı. 

ADR-in ərazisi mübahisəli ərazilər nəzərə alınmadan 114 kvadrat kilometr, əhali sayı 2,8 milyondan çox idi.

Eləcə də oxuyun: 

  • Dünya liderləri Azərbaycan Prezidentini təbrik edirlər

  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

  • Anar İsgəndərov: “Biz bu il Cümhuriyyətin yaranmasını xüsusi olaraq qeyd edirik”

  • ADR-in 103 illiyi: Azərbaycanın şərəfli quruculuq yolu