CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma: artım var

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib, aktiv xəstə sayı 5465 nəfərdir.
Sputnik

BAKI, 28 may - Sputnik. Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib, aktiv xəstə sayı 5465 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, ötən müddət ərzində isə ümumilikdə 3 496 635 test aparılıb.

Qeyd edək ki, mayın 27-nə olan məlumata görə, bir gün ərzində koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınmış, 533 nəfər müalicə olunaraq sağalmış, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat etmişdi.