BAKI, 26 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, mayın 31-də Yunanıstana səfər edəcək və bu səfərin ardından Azərbaycana gedəcək.