BAKI, 26 may — Sputnik. Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti, həmçinin qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər.
"Mayın 25-i axşam saatlarında Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb. Telefon danışığı zamanı regionda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan rayonlardakı vəziyyət, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, sonuncu dəfə Rusiya müdafiə naziri öz erməni həmkarı ilə mayın 20-də danışmışdı.