MƏDƏNİYYƏT

"La Casa De Papel"-in yeni mövsümünün yayım tarixi açıqlandı – VİDEO

Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.
Sputnik

BAKI, 26 may — Sputnik. "Netflix"-in ən populyar telelayihələrindən olan "La Casa De Papel" (Kağız ev) serialının növbəti mövsümünün tanıtım videoçarxı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bundan başqa, fenomen ekran əsərinin yayım tarixləri də açıqlanıb. Bu barədə "La Casa De Papel" serialının "Twitter" hesabında məlumat verilib.

Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.