MƏDƏNİYYƏT

Emin Ağalarov "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı "pre-party" keçirib

Qeyd edək ki, "Jara" pandemiyaya görə bu il Bakıda keçirilməyəcək. Musiqili tədbirin iyunun 23-dən 27-nə kimi Moskvada keçirilməsi planlaşdırılır
Sputnik

BAKI, 26 may — Sputnik. Xalq artisti Emin Ağalarov "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı "pre-party" keçirib. Sputnik Azərbaycan xəbər verir ki, Moskvada baş tutan gecəyə Rusiya estradasının tanınmış simaları qatılıblar. Onlar əvvəlcə qırmızı xalçadan keçərək fotolar çəkdiriblər.

Gecədə Qriqori Leps, Ani Lorak, Elman, Larisa Dolina, Yulia Baranovskaya kimi məşhurlarla yanaşı, Eminin anası İrina Ağalarova da yer alıb.

Qeyd edək ki, "Jara" pandemiyaya görə bu il Bakıda keçirilməyəcək. Musiqili tədbirin iyunun 23-dən 27-nə kimi Moskvada keçirilməsi planlaşdırılır.