Qərb qonşumuz quru sərhədlərini açır

Gürcüstana "COVID-19"-dan tam vaksini kursunu keçməyə dair sənədi olan və ya son 72 saat ərzində "PZR" testi mənfi olan şəxslər buraxılacaqlar.
Sputnik

BAKI, 25 may — Sputnik. Gürcüstan rəhbərliyi iyunun birindən quru sərhədlərini açır. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə qərar Gürcüstanın "COVID-19"-la mübarizədə koordinasiya qərargahının iclasında bildirib.

Bildirilir ki, Gürcüstanın quru sərhədləri koronavirus pandemiyasına görə 2020-ci ilin martından bağlı idi.

Qeyd olunur ki, Gürcüstana "COVID-19"-dan tam vaksini kursunu keçməyə dair sənədi olan və ya son 72 saat ərzində "PZR" testi mənfi olan şəxslər buraxılacaqlar.

Bildirilir ki, Gürcüstana PZR testlə gələn şəxslər sonrakı 72 saat ərzində təkrar PZR test verməlidirlər.

Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilib.

Eləcə də oxuyun:

* Azərbaycanlıların Gürcüstana səfərinə icazə verildi – Amma...

* Xaricdən it-pişik və avtomobillə Azərbaycana gəlmək istəyənlər üçün qəliz qaydalar

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR