BAKI, 25 may — Sputnik. Film tarixinin ən məşhur dəhşət filmlərindən olan "Saw" ("Mişar") franşizasının qazancı 1 milyard dolları (1,7 milyard manat) keçib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu nəticə serialın son hissəsinin kinoteatrlarda nümayişlərindən sonra əldə edilib.
Bildirilir ki, Darren Linn Bousmanın filmi həftə sonu ABŞ-da 4,5 milyon (7,6 milyon manat), xaricdə isə 2,67 milyon (4,53 milyon manat) gəlir əldə edib. Doqquz filmin hamısının isə ümumi qazancı 1,079 milyard dollar təşkil edib.
Bu, "Saw" səviyyəsindəki filmlər üçün böyük nailiyyətdir. Fərqli illərdə çəkilən hər film üçün büdcə 1-20 milyon dollar (1,7- 34 milyon manat) olub.