CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID pasportu olanlara Operativ Qərargah hansı üstünlükləri verir?

"Digər sertifikat isə immunitet sertifikatıdır. Xəstələnib sağalanlara müəyyən dövrdə vaksin vurulmur. Bunların birinin mövcud olması ilə idman sağlamlıq obyektlərinə giriş mümkün olacaq" - Ş.Mövsümov
Sputnik

BAKI, 25 may — Sputnik. "Əhalinin təxminən 10 faizi vaksinayasiyadan keçib. Yeni bir sənəd tətbiq olunur, bu, COVID pasportu adlanır. Bütün vətəndaşlar, hansı ki, iki peyvəndi vurdurublar, onlar xüsusi vaksinasiya sertifikatı əldə edirlər. Onlar həmin sertifikatı çap edib saxlaya bilərlər, sertifikatın üzərində QR kod var. Digər sertifikat isə immunitet sertifikatıdır. Xəstələnib sağalanlara müəyyən dövrdə vaksin vurulmur. Bunların birinin mövcud olması ilə idman sağlamlıq obyektlərinə giriş mümkün olacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil olunan brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bu pasportlardan birinə sahib olmayanlar isə idman sağlamlıq mərkəzlərinə daxil ola bilməyəcəklər.

Eləcə də oxuyun:

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

Şənbə-bazar ictimai nəqliyyatın aqibəti necə olacaq?

* Azərbaycanda peyvənd olunanlarla bağlı vəziyyət açıqlandı