"Azəriqaz" İB-nin əməkdaşlarına xəsarət yetirildi

Qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb.
Sputnik

BAKI, 25 may — Sputnik. "Azəriqaz" İstehsalat Birliyinin 4 əməkdaşı Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb. Bu barədə birlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.

Daha ətraflı video materialdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=FwXAcw2pgHY