Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.
Sputnik

BAKI, 25 may — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34287 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10054 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2021371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1158631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862740 təşkil edir.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.