Anar Kərimov Türkiyə-Azərbaycan tədbirində çıxış edəcək

Tədbir Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və azərbaycanlı həmkarı Anar Kərimovun iştirakı ilə onlayn keçiriləcək.
Sputnik

BAKI, 25 may — Sputnik. 2021-ci ilin Türkiyədə Yunus Əmrə, Azərbaycanda isə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar "Nizamidən Yunusa: Bir olmaq" adlı tədbir keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və azərbaycanlı həmkarı Anar Kərimovun iştirakı ilə onlayn keçiriləcək.

Türkiyə vaxtı ilə saat 11:00-də (Bakı vaxtı ilə saat 12:00) keçiriləcək tədbirin açılışında həmçinin Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş, türkiyəli ədəbiyyat tarixçisi Mustafa Özçelik, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və millət vəkili İsa Həbibbəyli çıxış edəcəklər.

Tədbir Yunus Əmrə İnstitutunun sosial media hesablarında canlı yayımlanacaq.