VİDEO

Mingəçevirli qadını ölkənin ən zəngin müəllimi adlandırmaq olar

Almaz Məmmədovanın pul kolleksiyasında Nigeriya, Suriya, İran, Rusiya, Kanada, Çinin müxtəlif formalı pullarını görmək olar. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.
Sputnik

 

Mehdi Hüseynzadə adına 3 saylı orta məktəbdə çalışan müəllim müsahibəsində bildirib ki, 30 ildən çoxdur müxtəlif ölkələrin pullarını toplayır.

Ona bu işdə həm qohumları, həm də şagirdləri kömək edirlər.

Xarici ölkələrə səfər edən zaman Almaz Məmmədovaya həmin dövlətlərin kağız və ya metal pullarını gətirirlər.

A.Məmmədova metal pulları xüsusi qablaşdırmada saxlayır. Xanım kolleksiyaner, Azərbaycanın kağız pulları ilə yanaşı 28 il öncə ölkəmizdə alimunumdan istehsal edilən 10, 20 və 50 qəpikləridə əldə etməyi bacarıb.

Maraqlı məqam odur ki, Almaz Məmmədova müxtəlif nominallı pulları heç bir xərc çəkmədən əldə edib.