Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb

İyunun 16-da VI siniflərə, iyunun 17-də V siniflərə, iyunun 18-də VII siniflərə, iyunun 21-də isə VIII və IX sinifdə oxuyan şagirdlər üçün qəbul imtahanı olacaq.
Sputnik

BAKI, 25 may — Sputnik. Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev imtahanların 16, 17, 18 və 21 iyunda keçiriləcəyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, imtahanlar tədris bitdikdən sonra keçiriləcək: "İyunun 16-da VI siniflərə, iyunun 17-də V siniflərə, iyunun 18-də VII siniflərə, iyunun 21-də isə VIII və IX sinifdə oxuyan şagirdlər üçün qəbul imtahanı olacaq".