İsraildə koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlər ləğv ediləcək

Yuli Edelşteyn vətəndaşları koronavirusa yoluxma nisbəti yüksək olan ölkələrə səyahət etməməyə çağırıb.
Sputnik

BAKI, 24 may — Sputnik. “İsraildə koronavirusa qarşı tətbiq edilmiş karantin məhdudiyyətləri ləğv ediləcək”.

APA xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Yuli Edelşteyn bildirib.

Nazir qeyd edib ki, İsrail normal həyata qayıdır: “İyunun 1-dən etibarən artıq "yaşıl pasport"a ehtiyac qalmayacaq və açıq havada insanların sayını tənzimləyən "bənövşəyi standart" adlanan məhdudiyyətlər götürüləcək.
Eyni zamanda, vətəndaşlar hələ də qapalı yerlərdə maska taxmalıdırlar, giriş və çıxış üçün nəzərdə tutulan məhdudiyyətlər davam edəcək”.

Yuli Edelşteyn, həmçinin, vətəndaşları koronavirusa yoluxma nisbəti yüksək olan ölkələrə səyahət etməməyə çağırıb.