CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Enerji içkiləri ilə bağlı problemlərin tam həll olunduğunu demək olmaz”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, ölkəmizə gətirilən enerji içkilərinin tərkibində nibətən yaxşılaşma müşahidə edilir
Sputnik

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb. Məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, enerji içkilərinin satışının azaldılması və onlar üçün gömrük rüsumlarının artırılması ilə bizim təşkilatımız xeyli iş görüb: “Biz çalışırıq insanları bundan çəkindirək. Sevindirici haldır ki, AQTA-nın ötən il keçirdiyi tədbirlər nəticəsində bu içkilərin tərkibindəki zərərverici maddələrin miqdarının xeyli azaldılmasına nail olundu. Artıq ölkəmizə gətirilən enerji içkilərinin tərkibində nibətən yaxşılaşma müşahidə edilir. Lakin bu içkilərlə bağlı problemlərin tam həll olunduğunu demək olmaz”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz