Hollivud ulduzu arıları xilas etmək üçün onlarla video çəkdirdi

Layihə çərçivəsində aktrisa arılarla birlikdə videoya çəkilib. Colinin çiyinləri, boynu və üzü açıq olmasına baxmayaraq, arılar onun üzərində gəzişsələr də, məşhura heç bir xətər yetirməyiblər.
Sputnik

BAKI, 23 may — Sputnik. Tanınmış Hollivud ulduzu Ancelina Coli parfüm brendinin sponsorluğu ilə reallaşdırılan ekoloji layihədə iştirak edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, layihə arıların ekoloji növ olaraq yox olma təhlükəsi ilə üz-üzə qalması faktına diqqət çəkmək məqsədi daşıyıb.

Layihə çərçivəsində aktrisa arılarla birlikdə videoya çəkilib. Colinin çiyinləri, boynu və üzü açıq olmasına baxmayaraq, arılar onun üzərində gəzişsələr də, məşhura heç bir xətər yetirməyiblər.

Çəkiliş zamanı arı sancma halı qeydə alınmayıb.