Valensiyada Bioparkda sevimli begemot balasına ad günü keçirilib. Zooparkın işçiləri balaca begemot Qorinin ilk ad gününü xüsusi qeyd etməyə çalışıblar və onun üçün şirin meyvələrlə bəzədilmiş böyük bir ad günü tortu hazırlayıblar.
Aralıq dənizinin sahilində yerləşən Valensiyadakı Biopark İspaniyanın ən gözəl zooparklardan biridir.
Zoopark 2008-ci ildə tikilib, turistlər arasında sürətlə populyarlıq qazanıb. Zooloji parkın ərazisində Afrika qitəsinin 116-dan çox heyvan növü var.