HADİSƏ

ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

Bazar günü gecə atışma xəbərləri alındıqdan sonra polis hadisə yerinə çağırılıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.
Sputnik

BAKI, 23 may - Sputnik. ABŞ-da Ohayo ştatının Youngstaun şəhərində bir barda baş verən atışma nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

APA bildirir ki, bu barədə CNN telekanalı şəhər polis idarəsinin nümayəndəsinə istinadən xəbər verib.

Bazar günü gecə atışma xəbərləri alındıqdan sonra polis hadisə yerinə çağırılıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Hazırda hadisə barədə araşdırma aparılır.