HADİSƏ

Bakıda prospektdə maşın aşdı - Yolda tıxac yarandı

H.Əliyev prospekti-Hava limanı yolunda (Yeni Ramanıya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsi aşıb.
Sputnik

BAKI, 22 may — Sputnik. Heydər Əliyev prospektində qəza baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, H.Əliyev prospekti-Hava limanı yolunda (Yeni Ramanıya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsi aşıb. Qəza səbəbindən hazırda hər iki istiqamətdə sıxlıq müşahidə edilir.